Azərbaycanda pilotsuz uçuş aparatlarının istifadəsində yeni mərhələ başlayır. Milli Məclisdə müzakirə olunan "Aviasiya haqqında" qanuna dəyişikliklər avtonom PUA-ların fəaliyyətini ilk dəfə geniş tənzimləyir.
Yeni layihəyə görə, avtonom dronlar yalnız dövlət tərəfindən müəyyən edilmiş zonalarda uça biləcək. Uçuş məlumatları real vaxt rejimində dövlət sisteminə ötürülməli və ən azı 6 ay saxlanılmalıdır.
Hər bir avtonom dron üçün xüsusi şəhadətnaməyə malik operator təyin edilməlidir. Operator sistemin işini izləyəcək, təhlükə yarandıqda müdaxilə edəcək.
Qanun layihəsi kibertəhlükəsizlik tələblərini də əhatə edir. Dronların proqram təminatı kənar müdaxilələrə davamlı olmalıdır.
Deputat Vüqar Bayramov bildirib ki, yeni tənzimləmələr həm də avtonom gəmiləri əhatə edəcək. Azərbaycanda avtonom gəmilərin istifadəyə verilməsi gözlənilir.
Ekspert Qalib Qurbanov qeyd edib ki, dəyişikliklər təhlükəsizliyi gücləndirəcək, lakin innovasiya mühiti qorunmalıdır.












