İyunun 5-də Azov dənizində yük gəmilərinə qarşı dron hücumu nəticəsində azərbaycanlılar həlak olub və yaralanıb. Azərbaycanın Rusiyadakı səfirliyi dərhal əraziyə yollanıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirliyin konsulluq əməkdaşları Yeysk şəhərində yaralı və xilas edilən vətəndaşlara dəstək göstərir. Yaralıların vəziyyəti yaxşıdır, bəziləri qısa müddətdə xəstəxanadan buraxılacaq.
Rusiya qurumları axtarış-xilasetmə işləri çərçivəsində həlak olanların kimliyini müəyyənləşdirir. Xilas edilənlər üçün sənədləşdirmə və ölkəyə qayıdış tədbirləri görülür.
XİN məsələni nəzarətdə saxlayır. Həlak olanların kimliyi və cənazələrin gətirilməsi barədə əlavə məlumat veriləcək.












