Çexiyanın Baş naziri Andrey Babiş, Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak edib.
O, "Instagram" səhifəsində bildirib ki, Çex Respublikası ilə Azərbaycan arasında çox yaxşı və dinamik inkişaf edən münasibətlər formalaşıb.
Babiş qeyd edib ki, bir ay əvvəl Azərbaycana səfəri zamanı böyük biznes nümayəndə heyəti ilə əməkdaşlıq konkret nəticələrə və gələcək potensiala malikdir.












