Mayın 18-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından rəsmi ziyafət təşkil olunub.
Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən dövlət başçıları və nümayəndə heyətləri şərəfinə keçirilib.












