Prezident İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı fərmana dəyişiklik edib.
Artıq balıqçılıq müəssisələri də Aqrar Kredit və İnkişaf Agentliyindən güzəştli kredit ala biləcək.
Agentliyin vəsaiti balıqçılıq texnikası, akvakultura avadanlığı, suvarma sistemləri və damazlıq heyvanlar üçün istifadə olunacaq.












