İyunun 17-də Azərbaycan baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini Yusif Aldobeayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə baş prokuror bildirib ki, Azərbaycan İƏT-in fəaliyyətinə daim töhfə verib. Ölkənin xarici siyasətində İslam dünyası ilə əməkdaşlıq xüsusi yer tutur.
Azərbaycanın təşəbbüsləri İslam həmrəyliyini gücləndirib. İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Baş prokuror 2026-cı ildə Bakıda keçiriləcək korrupsiyaya qarşı mübarizə üzrə üçüncü yüksəksəviyyəli görüşün hazırlığı barədə məlumat verib.
Yusif Aldobeay qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələri vurğulayıb.












