İyunun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kanadalı həmkarı Anita Anandla telefon danışığı aparıb.
Görüşdə Azərbaycan-Kanada münasibətləri, regional məsələlər və sülh prosesi müzakirə olunub.
Kanadalı nazir Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib, əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Tərəflər yaşıl keçid, bərpaolunan enerji, İKT və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Bayramov Kanadaya Ermənistanla normallaşma prosesi və atılan addımlar barədə məlumat verib.












