BMT baş katibi Antonio Quterreş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışında videomüraciət edib.
O qeyd edib ki, təxminən üç milyard insan qeyri-adekvat yerlərdə yaşayır.
İnkişaf edən dünyalar evsizlikdən sığortalanmayıb.
Tələbəlik vaxtı Lissabonun yoxsul məhəllələrində könüllü işləyərkən yaşayış şəraitinin sağlamlığa təsirini anladığını deyən Quterreş vurğulayıb: "Biz adekvat, təhlükəsiz və əlverişli mənzillər təmin etməliyik. Mənzil insan hüququdur. WUF13 bu məqsədi reallığa çevirmək üçün təkan ola bilər."












