Bond.az White LogoBond.az Black Logo

BTQ Fransanın müstəmləkəçi siyasətini ifşa edir

Bakı Təşəbbüs Qrupu Fransanın Kanakidəki müstəmləkəçi siyasətini ifşa edir. BTQ-nin qaldırdığı məsələlərə Asia Pacific Report saytında yer ayrıldı.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

2026-cı il mayın 8-də "Asia Pacific Report" saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyun 2026-cı il tarixində keçiriləcək əyalət seçkisinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.

Oxu.Az xəbər verir ki, məqalədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi siyasət və yerli xalqların hüquqlarını məhdudlaşdırması ilə bağlı BTQ tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.

Məqalədə qeyd edilir ki, Fransa baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkisini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçki yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan, proses kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edək ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən cari ildə Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edilib. Bəyanatda komitə Fransaya Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək vurğulayıb ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçki ərəfəsində adadakı Fransa hökumətinin 5-ci kolonu sayılan loyalistlər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif ediblər. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.

Qeyd: 2019-cu ildə keçirilmiş son əyalət seçkisindən sonra 2024-cü ilə planlaşdırılan növbəti seçki üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkinin ən geci 28 iyun 2026-cı ilədək keçirilməli olduğunu bəyan edib. Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, seçki, əslində, Yeni Kaledoniyanın siyasi gələcəyi və kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.

Digər Xəbərlər
2026-06-19 13:01
|
337

Nazirlər Kabinetindən enerji balansı qərarı

Nazirlər Kabineti enerji balansı qaydasında dəyişiklik edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərar rəsmi qüvvəyə minib.

0
2026-06-19 12:01
|
335

IsDB sədri 'Dostluq' ordeninə görə Prezidentə təşəkkür etdi

IsDB sədri Məhəmməd Süleyman Əl-Casir Prezident İlham Əliyevə 'Dostluq' ordeninə görə təşəkkür edib. Bakıdakı illik toplantıda mükafatın əhəmiyyətini vurğulayıb.

0
2026-06-19 10:01
|
478

Diplomatlara hərbi xidmət üçün yeni müavinət

Prezident İlham Əliyev diplomatlar üçün hərbi xidmətə çağırışda yeni müavinət və imtiyazları təsdiqləyib.

0
2026-06-19 09:31
|
455

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyada səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Səfirlik Lissabonda fəaliyyət göstərəcək.

0
2026-06-18 21:01
|
308

Qarabağda 90 min insan yaşayır

Prezident İlham Əliyev İslam İnkişaf Bankının toplantısında Qarabağda 90 min insanın yaşadığını və 17 milyard dollar investisiya yönəldildiyini açıqladı.

0
2026-06-18 20:31
|
470

İlham Əliyev: Yoxsulluq və işsizlik 5% təşkil edir

Prezident İlham Əliyev İslam İnkişaf Bankı toplantısında yoxsulluq və işsizliyin 5% səviyyəsində olduğunu açıqladı.

0
2026-06-18 19:30
|
266

İlham Əliyev: Torpaqların işğal altında qalmasını istəyirdilər

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini torpaqlarımızın işğal altında qalmasını istəməkdə ittiham edib.

0
2026-06-18 19:01
|
661

Prezident İlham Əliyev İslam Bankı toplantıları haqqında video paylaşdı

Prezident İlham Əliyev sosial mediada İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 2026-cı il illik toplantılarının videosunu paylaşdı.

0
2026-06-18 19:00
|
785

Deputat: "Qafqaz bizim evimizdir" iddiası imperialist təfəkkürün təzahürüdür

Deputat Bəhruz Məhərrəmov İranın keçmiş səfirinin "Qafqaz bizim evimizdir" iddiasını imperialist təfəkkürün təzahürü adlandırıb.

0
2026-06-18 18:30
|
337

Musəvi yenə çərənlədi - Riyakar İran qırmızı xətti tapdaladı

Seyid Abbas Musəvinin təxribatçı açıqlamaları: İran Cənubi Qafqaza təsir zonası kimi yanaşır, Zəngəzur dəhlizinə qarşı çıxır.

0
2026-06-18 17:01
|
202

Hikmət Babaoğlu: İran TRIPP-dən qorxur

Deputat Hikmət Babaoğlu İranın TRIPP layihəsindən qorxduğunu və Ermənistanı çəkindirməyə çalışdığını deyir.

0
2026-06-18 17:00
|
847

Ceyhun Bayramov İshaq Darla danışdı

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı aparıb, ABŞ-İran razılaşması müzakirə olunub.

0
...
BTQ Fransanın müstəmləkəçi siyasətini ifşa edir | Bond.az