İyunun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın xarici işlər naziri Antonio Tayani arasında telefon danışığı olub.
Danışıq zamanı strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Nazirlər yüksəksəviyyəli siyasi dialoqun intensiv xarakter aldığını vurğulayıblar.
İqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Payızda keçiriləcək Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayacağı bildirilib.
Sentyabrda "The European House - Ambrosetti" ilə birgə konfransın təşkili də müzakirə edilib.
Enerji sahəsində SOCAR-Italiana Petroli əməkdaşlığı xüsusi vurğulanıb.
Postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.












