Xarici işlər naziri Ceyhun Bayramov WUF13 çərçivəsində keçirilən tədbirdə azad edilmiş ərazilərin bərpasına dair mühüm açıqlamalar verib.
Nazir bildirib ki, indiyədək azad edilmiş ərazilərin bərpasına 15 milyard dollara yaxın vəsait ayrılıb.
Bayramov vurğulayıb ki, bu proses təkcə şəhər və kəndlərin bərpası deyil, həm də regionda dayanıqlı sülhün və iqtisadi inkişafın təmin edilməsinə xidmət edir.
O qeyd edib ki, doqquz şəhər, qəsəbə və kənd yaşıl enerji və ağıllı idarəetmə prinsipləri əsasında yenidən qurulur.
Nazir mina təhlükəsini əsas maneə kimi qeyd edib: "1,5 milyondan çox mina var, bu təhlükə tikinti işlərinə və insanların təhlükəsiz qayıdışına əngəl yaradır".
Bayramov Azərbaycanın regional inteqrasiya mərkəzinə çevrildiyini və yeni infrastruktur layihələrinin Asiya ilə Avropa arasında əlaqələri gücləndirdiyini bildirib.












