Bond.az White LogoBond.az Black Logo

Çin-Pakistan ittifaqı Hindistana qarşı?

Çin-Pakistan strateji tərəfdaşlığı Hindistana qarşı yeni geosiyasi cəbhə formalaşdırır. CPEC, hərbi əməkdaşlıq və Kəşmir məsələsi analiz edilir.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

Hindistanla gərginlik fonunda Pakistan qüdrətli strateji müttəfiq formalaşdırıb. Rəsmi İslamabad qonşu Çinlə münasibətləri inkişaf etdirir. Ölkələr arasında qarşılıqlı səfərlər artıb, Pekin açıq və ya dolayı şəkildə İslamabada dəstək verir. İki ölkə arasında münasibətlər artıq beynəlxalq siyasətdə "dəmir qardaşlıq" və "hər cür şəraitdə strateji tərəfdaşlıq" kimi xarakterizə olunur. Son illərdəki qlobal geosiyasi dəyişikliklər, regional təhlükəsizlik problemləri və iqtisadi maraqlar bu əməkdaşlığın daha da dərinləşməsinə səbəb olub.

Pakistan Baş naziri Şahbaz Şərifin Çinə səfəri, aparılan müzakirələr və əldə olunan razılaşmalar əməkdaşlığın pik həddə olduğunu təsdiqləyib. Ş.Şərif bəyan edib ki, ÇXR ilə münasibətlərin inkişafı Pakistanın xarici siyasətinin təməl daşıdır. "Pakistan tərəfi vahid Çin prinsipinə dönmədən riayət edir, Tayvan, Sintsyan və dəniz məsələləri daxil olmaqla, Çin tərəfinin əsas maraqlarına toxunan məsələlərdə onun ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir", - deyə Baş nazir vurğulayıb. Ş.Şərif Çin müəssisələrini Pakistana investisiya qoymağa və biznes qurmağa dəvət edib. "Pakistan Çinin irəli sürdüyü dörd qlobal təşəbbüsü dəstəkləyir. Regionda və bütövlükdə dünyada sülhə, sabitliyə, inkişafa töhfə vermək üçün ÇXR ilə sıx çoxtərəfli kommunikasiya və qarşılıqlı əlaqə qurmaq arzusundadır", - deyə Baş nazir vurğulayıb.

İki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlər Pekin və İslamabadın münasibətləri yeni mərhələyə daşımaq niyyətində olduğunu göstərir. Hər iki ölkə onilliklərdir ki, təhlükəsizlik, müdafiə sənayesi və iqtisadi sahələrdə sıx əməkdaşlıq edir. Xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) Pekinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünün ən mühüm elementlərindən biri hesab olunur. Bu layihə vasitəsilə Çin Ərəb dənizinə çıxış əldə edir və enerji marşrutlarını diversifikasiya etmək imkanı qazanır. Pekinin Pakistanı dəstəkləməsinin digər mühüm səbəbi Hindistanla yaşadığı geosiyasi rəqabətdir. Sərhəd problemləri, regional nüfuz uğrunda mübarizə və Asiyada liderlik iddiaları Çin və Hindistan arasında münasibətləri daim gərgin saxlayır.

Nəticə etibarilə, Çin və Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq XXI əsrin ən mühüm regional əməkdaşlıq modellərindən biri hesab olunur. İqtisadi layihələr, təhlükəsizlik sahəsində koordinasiya və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bu münasibətləri daha da möhkəmləndirir və gələcək illərdə əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənəcəyini göstərir.

Son dövrlərdə Çin rəhbərliyi Pakistanla münasibətləri "sarsılmaz" və "hər şəraitə uyğun strateji tərəfdaşlıq" kimi qiymətləndirib. Çin Sədri Si Cinpin Ş.Şərif ilə görüşündə də iki ölkə arasında əməkdaşlığın daha da genişləndiriləcəyini bəyan edib.

Hərbi sahədə əməkdaşlıq münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Son illərdə Pakistan ordusunun istifadə etdiyi silah sistemlərinin böyük hissəsi Çin istehsalıdır. Mətbuatda yayılan məlumatlara görə, Çin ötən il Hindistan-Pakistan qarşıdurması zamanı Pakistan Hərbi Hava Qüvvələrinə texniki dəstək göstərdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib. Çin istehsalı olan J-10CE qırıcılarının və digər hərbi texnologiyaların bu qarşıdurmada istifadə edildiyi bildirilib.

Kəşmir məsələsi Pekin-İslamabad yaxınlaşmasının əsas faktorlarından biridir. Hazırda toplar sussa da, geosiyasi xarakterli ziddiyyətlər, xüsusilə Kəşmirin kimə məxsus olması barədə mübahisə hələ həll olunmayıb. Pekin bu tarixi münaqişədə də Pakistanın tərəfini tutur. Düzdür, Çin öz mövqeyini birbaşa deyil, dolayı formada ifadə edir. İki dövlətin liderlərinin birgə bəyanatında Çin tərəfi Kəşmir məsələsi üzrə prinsipial mövqeyini təsdiq edərək qeyd edib ki, bu məsələ "tarixin mirası"dır və BMT Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll edilməlidir.

Bu mövqe Hindistan tərəfindən etirazla qarşılanıb və Yeni Delhi Kəşmirin ölkənin ayrılmaz hissəsi olduğunu bir daha bəyan edib. Bununla yanaşı, Çin rəsmi bəyanatlarında regionda müharibənin genişlənməsinin əleyhinə olduğunu və tərəfləri dialoqa çağırdığını bildirir. Pekin nüvə silahına malik iki qonşu dövlət arasında genişmiqyaslı müharibənin bütün region üçün təhlükəli nəticələr doğura biləcəyini anlayır. Buna görə də Çin bir tərəfdən Pakistanla strateji əməkdaşlığı gücləndirir, digər tərəfdən isə gərginliyin nəzarətdən çıxmamasına çalışır.

Nəticə etibarilə, Çin-Pakistan strateji əməkdaşlığı Cənubi Asiyanın geosiyasi balansına təsir edən ən mühüm tərəfdaşlıqlardan biridir. İqtisadi, hərbi və diplomatik sahələrdə dərinləşən bu əməkdaşlıq Pakistanın regional mövqeyini gücləndirir.

Digər Xəbərlər
Dünən / 21:02
|
740

Ankara masada hansı rolu oynayacaq?

Almaniya müdafiə naziri Pistorius Türkiyənin NATO-dakı rolunu vurğuladı. Ankara 43 milyard dollarlıq LNG müqaviləsi ilə enerji oyununu dəyişir.

0
Dünən / 20:31
|
553

Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı

Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı. İsrail Beyrutu vurdu, İran cavab verdi. Bölgədə gərginlik yenidən yüksəlir.

0
Dünən / 19:33
|
915

Bakı-Ankara enerji layihəsi: Regionun taleyi dəyişir

Bakı və Ankaradan tarixi enerji layihəsi: TANAP-ın analoqu yeni elektrik dəhlizi Avropa təhlükəsizliyini gücləndirir. ABŞ dəstəyi ilə sülh prosesi də müzakirə olunur.

0
Dünən / 19:03
|
722

Bakı-Tbilisi strateji dialoqu: İstanbulda görüş

Bakı və Tbilisi arasında strateji dialoq İstanbulda üçtərəfli görüşdə müzakirə edildi. Ceyhun Bayramov və Maka Botçorişvili görüşdü.

0
Dünən / 19:02
|
563

Bakıda Azərbaycan-Suriya konsulluq məsləhətləşmələri

Bakıda Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Əməkdaşlıq, rəqəmsallaşma və repatriasiya müzakirə olunub.

0
Dünən / 18:01
|
514

IMO baş katibi azərbaycanlı dənizçilərə başsağlığı verdi

IMO baş katibi Arsenio Dominqes, Azov dənizində azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

0
Dünən / 16:02
|
975

İsrail XİN rəhbəri: Bakı-İrəvan sülhü regiona sabitlik gətirəcək

İsrail XİN rəhbəri Gideon Saar, Bakı ilə İrəvan arasında sülhün regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcəyini bildirdi.

0
Dünən / 15:32
|
354

Ceyhun Bayramov: Müharibə dayandırılmalıdır

Ceyhun Bayramov Haber Global-a açıqlama verdi: Müharibə dayandırılmalı, diplomatik həll tapılmalıdır. Üçtərəfli görüşdən sonra mətbuat konfransı.

0
Dünən / 15:30
|
232

Ankara sülh müqaviləsinə ümid edir

Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinə ümid edir. Ankara region sabitliyi üçün çalışır.

0
Dünən / 15:00
|
737

Deputat: İrəvan sülh bəyanatlarını əmələ keçirməlidir

Milli Məclisin deputatı Aydın Mirzəzadə: Ermənistan sülh bəyanatlarını praktik müstəviyə keçirməli, konstitusiyasını dəyişməli və ərazi iddialarından əl çəkməlidir.

0
Dünən / 14:02
|
621

Balıqçılıq müəssisələrinə güzəştli kredit

Prezident İlham Əliyevin fərmanı ilə balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcək. Aqrar Kredit Agentliyinin vəsaiti texnika və avadanlıqlara yönəldiləcək.

0
Dünən / 14:01
|
514

Ceyhun Bayramovdan vətəndaşlara çağırış

Ceyhun Bayramov hərbi münaqişə zonalarından uzaq durmağa çağırır. Qara dənizdə gərginlik və dron hücumları ilə bağlı açıqlama.

0
...