Bond.az White LogoBond.az Black Logo

Dəmiryol infrastruktur qaydaları təsdiq edildi

Nazirlər Kabineti dəmiryol infrastrukturunun saxlanması və istifadə qaydalarını təsdiqlədi. Təhlükəsizlik, ağıllı sistemlər və ödənişlər haqqında ətraflı.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Nazirlər Kabineti "Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə" Qaydalarını təsdiq edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, infrastrukturun saxlanmasını və ondan istifadənin idarə olunmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də AZCON-un təklifləri nəzərə alınmaqla infrastruktur sahibi həyata keçirir.

Dəmiryol nəqliyyatında təhlükəsizliyi təmin etmək üçün infrastruktur texniki cəhətdən saz vəziyyətdə olmalı, texniki baxışlar keçirilməli, təmir rejimlərinə və istismar qaydalarına riayət olunmalıdır.

Ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər.

İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər və digər mənbələr hesabına həyata keçirilir.

İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir.

Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış ADY ilə razılaşdırılır.

İnfrastrukturdan istifadəyə görə xidmətlər müqavilə əsasında göstərilir.

İstifadəçilər qaydalara əməl etməli, ödənişləri vaxtında həyata keçirməli və zəruri məlumatları təqdim etməlidir.

Digər Xəbərlər
Dünən / 15:32
|
876

Apellyasiya məhkəməsi davam etdirilib

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının işi üzrə apellyasiya prosesi davam edir.

0
Dünən / 14:31
|
413

Ceyhun Bayramov ICMP baş direktoru ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov ICMP baş direktoru Katrin Bomberger ilə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini müzakirə edib.

0
Dünən / 13:31
|
555

İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuelada baş vermiş zəlzələ ilə əlaqədar Delsi Rodriqesə başsağlığı verdi.

0
Dünən / 13:04
|
469

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

Prezident İlham Əliyevin yeni fərmanı ilə DTX strateji obyektlərin mühafizəsində əməliyyat-axtarış səlahiyyəti qazandı.

0
Dünən / 12:31
|
265

Korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi

Azərbaycanda korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi. Prezident İlham Əliyev müvafiq qanunu imzaladı.

0
Dünən / 12:31
|
351

Prezident Esvatini ilə memorandumu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Esvatini arasında dövlət xidmətləri sahəsində əməkdaşlıq memorandumunu təsdiqləyib.

0
Dünən / 11:30
|
352

‘Elektron icra’ sisteminin imkanları genişləndi

‘Elektron icra’ informasiya sisteminin funksionallığı artırılıb – yeni qərarla sənəd və əmlak uçotu təmin edilir.

0
Dünən / 10:02
|
442

Leyla və Arzu Əliyeva Onkologiya Mərkəzində

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində oldular. Detallar Bond.az-da.

0
Dünən / 10:02
|
265

Özbəkistandan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu təklifi

Özbəkistan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu yaradılması və digər təkliflər təqdim edib.

0
Dünən / 09:31
|
428

Sodik Toşboyev: İslam elminin yayılmasında alimlərin rolu

Sodik Toşboyev İslam elminin yayılmasında alimlərin rolunu vurğulayıb, TDT görüşündə İslam Forumuna dəvət edib.

0
Dünən / 09:03
|
595

Safi Arpaquş: İslam dünyasında iki növ cəhalət

Safi Arpaquş TDT görüşündə islam dünyasında iki növ cəhaləti açıqladı: dini bilik çatışmazlığı və xarici ssenarilər haqqında məlumatsızlıq.

0
Dünən / 08:00
|
397

Şuşada TDT ölkələrinin dini qurum rəhbərləri görüşür

Şuşada TDT ölkələrinin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir. Məqsəd ortaq mənəvi dəyərləri qorumaq və əməkdaşlığı gücləndirməkdir.

0
...