Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər edib.
Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
O, səfər zamanı EEAS heyətinin bərpa-quruculuq işləri və minatəmizləmə əməliyyatı ilə tanış olduğunu qeyd edib.












