Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Əfqanıstan rəsmisi Mutiul Haq Nabi Xil şəhər problemlərindən danışıb.
O bildirib ki, şəhərlərdə əhali sıxlığı artıb və nizamsızlıq yaranıb. Son iyirmi ildə bu vəziyyət daha da çətinləşib.
"İndi məqsəd bu işləri qaydaya salmaq və şəhər sistemini daha səmərəli etməkdir" – deyə o qeyd edib.
Forumun Bakıda keçirilməsi şəhər problemlərinin həllində mühüm rol oynayır.












