Bond.az White LogoBond.az Black Logo

Əli Əsədov Belarus rəsmisi ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov Belarus Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşərək ikitərəfli əməkdaşlıq və şəhərsalma forumunu müzakirə edib.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsinin əhəmiyyəti vurğulanıb, bu mötəbər tədbirin qlobal çağırışlar fonunda şəhərlərin gələcək inkişafı ilə bağlı beynəlxalq tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağına əminlik ifadə olunub.

Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsi təqdir edilərək, iki ölkə prezidentlərinin birgə səyləri sayəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edilib.

Tərəflər parlamentlərarası əməkdaşlığa xüsusi diqqət yetirərək, Azərbaycan və Belarusun qanunverici orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda konstruktiv dialoqun səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı maraq doğuran sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Digər Xəbərlər
Bu gün / 16:32
|
494

Xalisa kəndi: Vazgen Sarkisyanın qanlı izi

Svetlana Markaryanın kitabı Xalisa kəndindən azərbaycanlıların qovulması zamanı Vazgen Sarkisyanın rolunu ifşa edir.

0
Bu gün / 14:46
|
947

Prezident İlham Əliyevə fəxri doktor adı verildi

Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verildi. Diplom təqdim edilib.

0
Bu gün / 14:18
|
240

TDT baş katibi Azərbaycana təşəkkür etdi

TDT baş katibi Kubanıçbek Omuraliyev WUF13 forumunun yüksək təşkili və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.

0
Bu gün / 14:15
|
604

Bakıda TDT ölkələri arasında memorandum imzalanıb

Bakıda keçirilən WUF13 çərçivəsində TDT üzv ölkələri şəhərsalma sahəsində əməkdaşlıq memorandumu imzaladı.

0
Bu gün / 14:01
|
247

Ağdam Qafqazın Xirosiması adlandırılır

Prezidentin köməkçisi Ağdamın Qafqazın Xirosiması adlandırıldığını bildirib, yenidənqurma işlərindən danışıb.

0
Bu gün / 12:34
|
826

Prezidentin WUF13 mesajı: Şəhərsalma strateji gücdür

Prezidentin WUF13 mesajı: Şəhərsalma dövlətlərin strateji güc indikatorudur. Bakı gələcəyin şəhər modeli olur?

0
Bu gün / 12:18
|
220

Prezident Bolqarıstanda Şuşa Parkını təsdiqlədi

Prezident İlham Əliyev Bolqarıstanın Veliko Tırnovo şəhərində Şuşa Parkının salınması haqqında sazişi təsdiqləyib.

0
Bu gün / 12:17
|
266

Narkoloji xəstələr üçün iş qəbulu sərtləşdirildi

Azərbaycanda narkoloji xəstələrin işə qəbul qaydaları sərtləşdirilib. Artıq tibbi rəy tələb olunur və qaydaları pozanların əmək müqaviləsinə xitam veriləcək.

0
Bu gün / 12:02
|
724

Sabir Rüstəmxanlı "Şərəf" ordeni aldı

Prezident İlham Əliyev xalq şairi Sabir Rüstəmxanlını "Şərəf" ordeni ilə təltif edib. Sərəncam imzalanıb.

0
Bu gün / 12:01
|
473

WUF13-də D-8 Enerji və Şəhərsalma Dialoqu başladı

WUF13-də D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu başladı. Gülşən Rzayeva moderatorluq edir.

0
Bu gün / 11:49
|
206

Esvatini kralı ASAN xidmətdə

Esvatini Kralı III Msvatini "ASAN xidmət" mərkəzində olub, əməkdaşlıq memorandumu imzalanıb.

0
Bu gün / 11:16
|
939

İlham Əliyev Slovakiyadan gələn naziri qəbul etdi

Prezident İlham Əliyev Slovakiya baş nazirinin müavini Tomaş Tarabanı qəbul edib. Görüşdə strateji tərəfdaşlıq və enerji əməkdaşlığı müzakirə olunub.

0
...