Baş nazir Əli Əsədov iyunun 22-də İordaniya Nümayəndələr Palatasının sədri Mazen Əl-Qadinin başçılıq etdiyi heyətlə görüşüb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan-İordaniya münasibətlərinin dostluq qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq əsasında inkişaf etdiyi bildirilib.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin rolu qeyd olunub.
Görüşdə iqtisadiyyat ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.












