Fransa ilə yunan Kipri arasında imzalanan hərbi saziş Şərqi Aralıq dənizində gərginliyi artırıb. Saziş Fransa hərbi qüvvələrinin Kiprdə yerləşdirilməsi və birgə əməliyyatlar üçün hüquqi baza yaradır.
Kipr strateji mövqeyi ilə Avropa, Asiya və Afrikanın kəsişməsindədir. Fransa burada hərbi varlığını gücləndirərək Yaxın Şərqə çıxış imkanlarını genişləndirmək niyyətindədir.
Türkiyə və Şimali Kipr sazişi tənqid edərək bunun regional balansı poza biləcəyini bildiriblər. Ankara, Kipr məsələsi həll olunmadan atılan birtərəfli addımların yeni gərginlik yaradacağını vurğulayır.












