Azərbaycan Qlobal Cənub ölkələrinin bütün çətinliklərini tam anlayır. Bunu Prezident köməkçisi Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında deyib.
Hacıyev vurğulayıb ki, Azərbaycan coğrafi, tarixi və mədəni baxımdan Qlobal Cənubun bir hissəsidir. O, müstəmləkəçilik və neomüstəmləkəçiliyə qarşı mübarizənin əhəmiyyətini qeyd edib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə neomüstəmləkəçilik prioritet idi. Lakin BMT-nin Dekolonizasiya Komitəsi hələ də mandatını tam yerinə yetirmir, çünki bəzi ölkələr müqavimət göstərir.












