Bond.az White LogoBond.az Black Logo

İlham Əliyev Avropa Sammitində Zəngəzur dəhlizini vurğuladı: Sülh artıq reallıqdır

Prezident İlham Əliyev Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı, sülh prosesində irəliləyişləri və ikili standartları tənqid etdi.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
1

Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Sammitinə videokonfransla qatılaraq Qərb liderlərinə güclü mesajlar ünvanladı. O, Zəngəzur dəhlizinin türk dünyası üçün əhəmiyyətini vurğuladı.

"Haber Global" YouTube kanalının hazırladığı videosüjetdə bildirilir ki, Prezident İlham Əliyev Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırma qərarını xatırladıb. Bu qərar, Azərbaycana qarşı qəbul edilən qərəzli qərarlara cavab olaraq verilib.

"Azərbaycanla bağlı yalanlarla dolu qərarlar qəbul etdilər. Bu ikili standartlar qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər dövlətin ərazi bütövlüyü qədər dəyərlidir", - deyə videomaterialda İlham Əliyevin sözlərindən sitat gətirilir.

Prezident, həmçinin Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlərin olduğunu qeyd edib. O, Avropa Komissiyasının dəstəyini təqdir edərək, digər Avropa qurumlarının, xüsusən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının sülh prosesini sabotaj etməyə çalışdığını bildirib.

İlham Əliyev 2025-ci ildə Vaşinqtonda keçirilən tarixi sammitə də toxunub. O, Ermənistanla sülh sazişinin paraflanmasından sonra Azərbaycanın 1990-cı illərdən bəri tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini təktərəfli olaraq ləğv etdiyini xatırladıb. İlk dəfə olaraq Ermənistana neft məhsulları, benzin və dizel yanacağı tədarükünə başlanıb.

Zəngəzur dəhlizi məsələsinə toxunan Prezident bildirib: "Sülh bizim və Ermənistandakı tərəfdaşlarımız üçün artıq reallığa çevrilib. Sülhün digər mühüm nailiyyəti kommunikasiyadır. Həm Azərbaycan, həm də Ermənistan sülhün praktik faydalarını indidən görürlər".

Daha ətraflı videosüjetdə: Zəngəzur dəhlizi, İlham Əliyev, Avropa Siyasi Birliyi

Digər Xəbərlər
Bu gün / 16:19
|
208

Etiketsiz qida necə idxal olunur?

Rəsmi etiketi olmayan qida məhsullarının ölkəyə necə gətirildiyi araşdırılır. 20:00 xəbər buraxılışında.

0
Bu gün / 15:30
|
368

Qarabağda dağıdılan irs və mina terroru

Ermənistanın Qarabağda mədəni irsi dağıtması və mina terroru barədə analiz.

0
Bu gün / 15:02
|
694

Solovyov çıxışının arxasındakı maraqlar

Politoloq Araz Aslanlı Solovyovun çıxışlarını təxribat kimi dəyərləndirir, Azərbaycanın sülh prosesinə diqqət çəkir.

0
Bu gün / 13:46
|
684

Zəngilanda prezidentin mühüm mesajları

Prezident İlham Əliyevin Zəngilan səfəri: azad torpaqların bərpası, revanşistlərə cavab, yeni yaşayış kompleksləri və "Ağıllı şəhər" layihəsi.

0
Bu gün / 13:18
|
841

Yüksəksəviyyəli səfər qaydaları dəyişdirildi

Prezident İlham Əliyev yüksəksəviyyəli nümayəndə heyətlərinin səfər qaydalarını dəyişdirən fərman imzaladı.

0
Bu gün / 12:32
|
221

Azərbaycanın TDT-də rolu “Haber Global”ın süjetində

“Haber Global” Türk Dövlətləri Təşkilatı zirvəsi ilə bağlı süjetində Azərbaycanın rolunu vurğulayıb. Prezident İlham Əliyevin çıxışına yer verilib.

0
Bu gün / 12:17
|
888

Deputat: Şəhərlər dağıdılanda həmsədrlər susurdular

Deputat Elçin Mirzəbəyli ATƏT Minsk qrupunun həmsədrlərini Azərbaycan şəhərlərinin dağıdılmasına susqun qalmaqda ittiham edib.

0
Bu gün / 10:48
|
598

Bakıdan Bratislavaya Wizz Air uçuşları oktyabrdan başlayır

Wizz Air oktyabrdan Bakıdan Bratislavaya həftədə 3 dəfə birbaşa uçuşlara başlayır. Slovakiya sədri bunu mətbuat konfransında açıqladı.

0
Bu gün / 09:50
|
563

Slovakiya prezidenti Azərbaycana gəlir

Slovakiya Prezidenti Peter Pelleqrininin iyul ayında Azərbaycana səfəri gözlənilir.

0
Bu gün / 09:47
|
526

Slovakiya sədri Qarabağa gedəcək

Slovakiya parlamentinin sədri Rixard Raşi Azərbaycana səfəri çərçivəsində Qarabağa gedəcək. Ağdamın Baş Qərvənd kəndini ziyarət edəcək.

0
Bu gün / 09:46
|
746

Azərbaycan-Slovakiya parlamentləri: Anlaşma Memorandumu imzalandı

Azərbaycan və Slovakiya parlamentləri Anlaşma Memorandumu imzalayıb. Sahibə Qafarova sənədin əhəmiyyətini vurğulayıb.

0
Bu gün / 09:34
|
716

Slovakiya nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Slovakiya nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoyub.

0
...
İlham Əliyev Avropa Sammitində Zəngəzur dəhlizini vurğuladı: S...