Bond.az White LogoBond.az Black Logo

İlham Əliyev ABŞ konqresmeni qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Konqresinin üzvü Abraham Hamadeni qəbul etdi. Görüşdə strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olundu.

Xəyalə Məmmədova
Müəllif:Xəyalə Məmmədova- Senior Editor
|
0

İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Görüşdə Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı ABŞ prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin vitse-prezident Cey Di Vensin ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərin genişləndirilməsi baxımından tarixi rol oynadığı qeyd edilib.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev qonağın səfərinin uğurlu olacağına əminliyini bildirib.

Abraham Hamade Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək ölkəmizin coğrafi baxımdan nadir bir məkanda yerləşdiyini deyib. O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinə toxunulub, hər iki liderin dövlətlərarası münasibətlərin inkişafına böyük önəm verdikləri qeyd olunub.

Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin imkanları müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycanla ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib.

Digər Xəbərlər
Dünən / 21:01
|
308

Qarabağda 90 min insan yaşayır

Prezident İlham Əliyev İslam İnkişaf Bankının toplantısında Qarabağda 90 min insanın yaşadığını və 17 milyard dollar investisiya yönəldildiyini açıqladı.

0
Dünən / 20:31
|
470

İlham Əliyev: Yoxsulluq və işsizlik 5% təşkil edir

Prezident İlham Əliyev İslam İnkişaf Bankı toplantısında yoxsulluq və işsizliyin 5% səviyyəsində olduğunu açıqladı.

0
Dünən / 19:30
|
266

İlham Əliyev: Torpaqların işğal altında qalmasını istəyirdilər

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini torpaqlarımızın işğal altında qalmasını istəməkdə ittiham edib.

0
Dünən / 19:01
|
661

Prezident İlham Əliyev İslam Bankı toplantıları haqqında video paylaşdı

Prezident İlham Əliyev sosial mediada İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 2026-cı il illik toplantılarının videosunu paylaşdı.

0
Dünən / 19:00
|
785

Deputat: "Qafqaz bizim evimizdir" iddiası imperialist təfəkkürün təzahürüdür

Deputat Bəhruz Məhərrəmov İranın keçmiş səfirinin "Qafqaz bizim evimizdir" iddiasını imperialist təfəkkürün təzahürü adlandırıb.

0
Dünən / 18:30
|
337

Musəvi yenə çərənlədi - Riyakar İran qırmızı xətti tapdaladı

Seyid Abbas Musəvinin təxribatçı açıqlamaları: İran Cənubi Qafqaza təsir zonası kimi yanaşır, Zəngəzur dəhlizinə qarşı çıxır.

0
Dünən / 17:01
|
202

Hikmət Babaoğlu: İran TRIPP-dən qorxur

Deputat Hikmət Babaoğlu İranın TRIPP layihəsindən qorxduğunu və Ermənistanı çəkindirməyə çalışdığını deyir.

0
Dünən / 17:00
|
847

Ceyhun Bayramov İshaq Darla danışdı

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı aparıb, ABŞ-İran razılaşması müzakirə olunub.

0
Dünən / 16:32
|
810

Naxçıvanda Qərbi Azərbaycana qayıdış III festival-konqresi

Naxçıvanda Qərbi Azərbaycana qayıdış III festival-konqresi başladı. Rəsmilər, elm adamları və icma nümayəndələri iştirak edir.

0
Dünən / 16:02
|
268

İranın keçmiş səfiri: Qafqaz bizim evimizdir

İranın keçmiş səfiri Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarında Qafqazı İranın evi adlandırıb, sərhəd dəyişikliyini qəbul etmədiklərini bildirib.

0
Dünən / 16:01
|
464

Tehranın Qafqaz oyunu: riyakarlıq və təhdid

İranın Azərbaycana qarşı riyakarlığı və təhdidləri: Zəngəzur dəhlizi, Qafqaz oyunu və yeni geosiyasi reallıqlar.

0
Dünən / 15:30
|
386

İran TRIPP layihəsinə dəstək vermir

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil. Tehran təhlükəsizlik narahatlıqları səbəbindən ABŞ-ın Tramp marşrutu layihəsinə qarşı çıxır.

0
...