Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"da çıxış edərək, Azərbaycanın iqtisadi göstəricilərinin müsbət olduğunu bildirib.
Dövlət başçısı vurğulayıb ki, beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqləri ildən-ilə artır. Artıq investisiya səviyyəli reytinq əldə olunub.
Prezident qeyd edib: "Yoxsulluğu 5 faizə endirdik, işsizlik də eyni səviyyədədir. Xarici borcu əhəmiyyətli dərəcədə azaltdıq."












