Prezident İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Dövlət başçısı vurğulayıb ki, səfər ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı imkandır.
Mavriki Prezidenti Bakıda keçirilən WUF13 tədbirinə görə təşəkkür edib.
O, həmçinin "ASAN xidmət" mərkəzini ziyarət etdiyini və bu təcrübənin ölkəsində tətbiqinə maraq göstərdiyini bildirib.












