Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ikitərəfli əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.
Prezident Əliyev Slovakiyaya rəsmi səfərini və Raşi ilə görüşünü xatırlayıb.
Qonaq Azərbaycana səfərinin əhəmiyyətini vurğulayıb.
Rixard Raşi Qarabağa səfər edəcəyini və bərpa işləri ilə tanış olacağını bildirib.
Görüşdə sülh danışıqları, ticarət, energetika, müdafiə sənayesi, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.
Bakı-Bratislava birbaşa uçuşlarının yaxın zamanda başlayacağı qeyd edilib.












