Bond.az White LogoBond.az Black Logo

İlham Əliyev TDT Zirvəsində liderlərə müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev TDT Zirvəsində liderlərə müraciət edib. Türk dünyasının güc mərkəzi, Zəngəzur dəhlizi və rəqəmsal əməkdaşlıq müzakirə olunub.

Gülnar Abbasova
Müəllif:Gülnar Abbasova- Senior Editor
|
0

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə liderlərə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" süjet yayımlayıb.

Dövlət başçısı üzv dövlətlər arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb, Türk dünyasının 21-ci əsrin geosiyasi güc mərkəzlərindən birinə çevrilməli olduğunu bildirib. Dövlət başçısı çıxışında təşkilatın beynəlxalq aləmdə artan gücünə də diqqət çəkib.

"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək", - deyə Azərbaycan lideri çıxışında qeyd edib.

Prezident İlham Əliyev həmçinin türk dövlətləri ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlığın uğurla davam etdiyini də bildirib. Dövlət başçısı qeyd edib ki, layihənin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel xəttinin yaxın aylarda xidmətə verilməsi planlaşdırılır.

Digər Xəbərlər
Bu gün / 18:30
|
777

ABŞ Konqresinə Qayıdış Hüququ Müraciəti

ABŞ Konqresində keçirilən Qayıdış Hüququ konfransı iştirakçıları Qərbi azərbaycanlıların qayıdış hüququ ilə bağlı müraciət ediblər.

0
Bu gün / 16:31
|
999

Alston Lourens: Müstəmləkəçilik gizlənir

Alston Lourens Vaşinqtonda keçirilən konfransda müstəmləkəçiliyin müasir formalarından danışıb.

0
Bu gün / 14:31
|
275

Əli Əsədov Türkiyə parlament sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb. Görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq müzakirə olunub.

0
Bu gün / 14:02
|
632

Prezident İlham Əliyev Baqir Qalibafı qəbul etdi

Prezident İlham Əliyev İran Məclis sədri Baqir Qalibafı qəbul etdi. Görüşdə ikitərəfli münasibətlər, müharibə və humanitar dəstək müzakirə olundu.

0
Bu gün / 11:01
|
529

TBMM sədri: Azərbaycan-Ermənistan sülhünə tam dəstək

TBMM sədri Numan Kurtulmuş Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstək ifadə edib, Qafqazda sülh arzusunu dilə gətirib.

0
Bu gün / 09:00
|
452

Karantin rejimi 1 oktyabra qədər uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi 2026-cı il 1 oktyabra qədər uzadılıb. Baş nazir Əli Əsədov qərar imzalayıb.

0
Bu gün / 08:01
|
223

Pambıqçılıqda yeni dəstək mexanizmləri

Prezidentin köməkçisi Zeynal Nağdəliyev pambıqçılıqda yeni dəstək mexanizmləri, sığorta və emal sənayesinin inkişafı barədə məlumat verib.

0
Bu gün / 07:00
|
760

İƏT Parlament İttifaqının sədrliyi Azərbaycana keçdi

İƏT Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Təhvilvermə mərasimi 20-ci Sessiyanın açılışında baş tutub.

0
Bu gün / 07:00
|
637

Prezident: İƏT-in dəstəyini hiss etmişik

Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in dəstəyini vurğulayıb və qardaş ölkələrə təşəkkür edib.

0
Bu gün / 05:02
|
510

ŞKTR parlament sədri Azərbaycana səfərə gəldi

Şimali Kipr Türk Respublikası parlamentinin sədri Ziya Öztürkler Azərbaycana səfərə gəlib. O, İƏT Parlament İttifaqının 20-ci sessiyasında iştirak edəcək.

0
Bu gün / 04:30
|
519

Qalibaf Azərbaycana gəldi

İran parlamenti sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edib. O, Bakıda İƏT Parlament İttifaqı konfransında iştirak edəcək.

0
Dünən / 18:30
|
607

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsində ilk dəfə

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsində ilk dəfə təmsil olunacaq. Fərid Ədilov 130 səslə üzv seçildi.

0
...
İlham Əliyev TDT Zirvəsində liderlərə müraciət etdi | Bond.az