Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) xidmət tariflərinin tənzimlənməsi ilə bağlı yeni fərman imzalayıb.
Fərmanla 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmana dəyişiklik edilib. Artıq XRİTDX-nin tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla Xidmətin özü tərəfindən təsdiqlənəcək.
Yeni tariflər təsdiq olunana qədər mövcud tariflər qüvvədə qalacaq. Həmçinin, “Feldyeger rabitəsi haqqında” Qanunun tətbiqi ilə bağlı fərmanın 2.5-ci bəndində “Tarif (qiymət) Şurası” ifadəsi XRİTDX ilə əvəz edilib.












