Prezident İlham Əliyev kənd təsərrüfatı müşavirəsində bildirib ki, məhsuldarlığın artırılması üçün yeni fabriklər qurulmalıdır.
O, taxılçılıqda hər hektardan 3.2 ton məhsul yığıldığını, hədəfin isə 5 ton olduğunu vurğulayıb.
Pambıqçılıqda rekord göstəricilərə nail olunduğunu deyən dövlət başçısı, məhsuldarlığın 3.6 tona çatdığını, hədəfin 5 ton olduğunu bildirib.
“Məqsəd hazır məhsul ixrac etməkdir, mahlıc yox. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm”, – deyə o qeyd edib.
İntensiv bağçılıq və istixana komplekslərinin genişləndirilməsi planlarından danışan Prezident, 20 min hektar yeni bağ salınacağını və 500 hektar əlavə istixana qurulacağını bildirib.












