İqtisadi Şuranın iclası keçirilib. Oxu.Az bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
11 iyun tarixində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, infrastruktur məsələləri, strateji inkişaf perspektivləri müzakirə edilib. Xidmət sektorunun iqtisadi artımda rolu və prioritet istiqamətlər də gündəmdə olub.
Prezidentin köməkçisi Şahmar Mövsümov və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdimat ediblər. İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.
İclasın yekununda qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.












