Son günlər İranda Zəngəzur dəhlizi və ya TRIPP layihəsi yenidən gündəmə gəlib. ABŞ-İran müharibəsindəki fasilə və Ermənistandakı seçkilər İran rəsmilərini bu mövzuda danışmağa sövq edib.
Oxu.Az xəbər verir ki, "Azad İran" YouTube kanalının videosüjetində bu məsələyə toxunulub.
ABŞ və İsraillə müharibədə qalib gəldiyinə inanan İran, regional iddialarını daha sərt şəkildə ortaya qoyur. Keçmiş səfir Abbas Musəvi SNN agentliyinə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı köhnə iddiaları təkrarlayıb.
"Qafqaz bizim evimizdir və cəmi 200 il əvvəl bizdən ayrılıb. Biz Türkiyə və Rusiyaya nisbətən Qafqazda baş verənlərə daha həssas yanaşırıq" deyə o bildirib.
Sual olunur: hesablaşmaq olar? Bu cür iddialar qonşuluq münasibətlərinə xidmət edirmi?












