İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunmasına görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən IsDB Qrupunun 51-ci illik toplantısının yekun mətbuat konfransında bildirib.
Əl-Casir Prezident İlham Əliyevə toplantıların yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və "Dostluq" ordenini almağı böyük şərəf adlandırıb.
O qeyd edib ki, bu mükafatı şəxsi nailiyyəti kimi deyil, IsDB Qrupunun bütün əməkdaşlarının fədakar əməyinə verilən qiymət kimi qəbul edir.
Onun sözlərinə görə, təltif iştirakçı ölkələrə və icmalara xidmət missiyasını davam etdirmək üçün komandanın qətiyyətini daha da gücləndirəcək.












