Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib ki, Kəlbəcər rayonu mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ərazilərdən biridir.
WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən tədbirdə o deyib: “Yenidənqurma və tikinti proseslərinin ilkin mərhələsində ən vacib addım mina təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi olub”.
Hacıyev qeyd edib: “Ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi yeni yaşayış məntəqələrinin qurulması və insanların təhlükəsiz qayıdışı üçün vacibdir. Kəlbəcərdə 2020-2026-cı ilədək 222 min kvadratmetr ərazi minalardan təmizlənib. Bu müddət ərzində bir neçə dəfə mina partlaması baş verib, insanlar xəsarət alıb”.












