Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanda imzalanmış sazişlərin misilsiz əhəmiyyət kəsb etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bu sözləri dostların dialoqu adlandırdığı görüşdə səsləndirib.
Kobaxidze qeyd edib ki, bu sazişlər ölkəsinin iqtisadi inkişafı, enerji təhlükəsizliyi və tranzit funksiyasının gücləndirilməsi üçün fundamental önəm daşıyır.
O, Orta Dəhlizin rolunun artdığını və yükdaşımaların həcminin yeddi dəfə çoxaldığını vurğulayıb.
Baş nazir qaz idxalı və tranziti, elektrik enerjisi, Bakı-Tbilisi-Supsa neft kəmərinin bərpası və Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi ilə bağlı detalları açıqlayıb.











