Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin və onların yaxınlarının təzyiqə məruz qalması qadağan edilib.
Prezident İlham Əliyev bu gün "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər korrupsiya xəbərçilərinin attestasiyası zamanı korrupsiyaya qarşı mübarizə bölməsinin iştirakını qadağan edir.
Bundan sonra xəbərçilərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərsə, sübut yükü işəgötürənin üzərinə düşəcək. Həmçinin dövlət qulluqçuları qanunsuz nemətlərlə bağlı birbaşa rəhbər əvəzinə xüsusi bölməyə məlumat verməlidir.












