Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüşüb.
Görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılıq sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. IDEA İctimai Birliyinin biomüxtəlifliyin zənginləşdirilməsi, ekoloji maarifləndirmə, nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpası layihələri diqqətə çatdırılıb.
Mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasındakı rolu vurğulanıb. Xəzər dənizinin səviyyəsinin enməsinin səbəbləri və təsirlərinin birgə öyrənilməsi perspektivləri müzakirə edilib.
Gənclərin ekoloji məsuliyyətinin artırılması və iqlim dəyişiklikləri üzrə biliklərinin genişləndirilməsi üçün UNFCCC ilə birgə təşəbbüslər də görüşün gündəliyində olub.












