Leyla Əliyeva və Alyona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olublar.
Qonaqlar mərkəzdəki sosial və yaradıcı fəaliyyətlərlə tanış olub, uşaqlarla birgə tədbirlərə qatılıblar.
Əvvəlcə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkilib, sonra uşaqlar öz əl işlərini, rəsmlərini və oyuncaqlarını təqdim ediblər.
Birgə dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıqları nümayiş olunub.
Bədii hissədə uşaqlar şeir, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.












