Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi mayın 17-də Azərbaycana səfər edib.
Səfərin məqsədi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı mədəniyyət naziri Adil Kərimli qarşılayıb.












