"AnewZ" telekanalı Emmanuel Makronun prezidentliyinin ziddiyyətlərini əks etdirən "Makron paradoksu" sənədli filmini hazırlayıb.
Film Parisin Afrikadakı təsirinin azalmasına və Yelisey sarayı ilə əlaqəli məhkəmə çəkişmələrinə həsr olunub.
Mərkəzdə Makronun "Françafrique" modelindən imtina vədi ilə reallıq arasındakı uçurum dayanır. Saheldə "Barkhane" əməliyyatının uğursuzluğu da vurğulanır.
Digər mühüm mövzu keçmiş təhlükəsizlik əməkdaşı Aleksandr Benalla və onun silahdaşı Anas Derrazın işidir. Film həmçinin azərbaycanəsilli iş adamı Fərhad Əhmədov və "M/Y Luna" superyaxtası barədə məlumat verir.












