Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi QSC və "Azərxalça" ASC-nin müşahidə şuralarına Maliyyə Nazirliyinin nümayəndəsi təyin edilib.
Oxu.Az məlumatına görə, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində müvafiq tədbirlər görərək Prezidentə hesabat verməlidir.












