Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi öncəsi mətbuat konfransında çıxış edib.
Səfir Azərbaycanı forumun uğurla keçirilməsi münasibətilə təbrik edərək, xalqın səmimi qonaqpərvərliyini vurğulayıb.
O bildirib ki, bu gündən etibarən Meksikada WUF14-ə hazırlıq başlayır: "14 ildən sonra forum Latın Amerikasında keçiriləcək və bu, böyük məsuliyyətdir".












