Bond.az White LogoBond.az Black Logo

Müşfiq Məmmədli: Milli Qurtuluş Günü xilasın başlanğıcı

Deputat Müşfiq Məmmədli Milli Qurtuluş Gününün Azərbaycanın xilasının başlanğıcı olduğunu vurğulayıb.

Elnur Tağıyev
Müəllif:Elnur Tağıyev- Senior Editor
|
0

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilən ən əlamətdar günlərdən biridir. Bu tarix yalnız siyasi hadisənin ildönümü deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması, dövlətçilik ənənələrinin bərpası və gələcək inkişafının təməl prinsiplərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra ciddi çağırışlarla üzləşib:

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan sonrakı illərdə ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Xüsusilə 1992-1993-cü illərdə ölkədə hakimiyyət böhranı, idarəetmədə ciddi çatışmazlıqlar, iqtisadi tənəzzül, Ermənistanın davam edən hərbi təcavüzü, torpaqlarımızın işğalı və müxtəlif silahlı qrupların fəaliyyətləri dövlətçiliyin gələcəyini təhlükə altına salmışdı.

1993-cü ilin iyun ayında baş verən hadisələr nəticəsində ölkədə vətəndaş qarşıdurması təhlükəsi daha da artmış, Azərbaycan faktiki olaraq müstəqilliyini itirmək və parçalanmaq riski ilə üz-üzə qalmışdı.

Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkədə sabitliyin və dövlət idarəçiliyinin bərpasına doğru atılmış mühüm addım oldu.

Sonrakı dövrdə həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunun aliliyi bərpa olundu və Azərbaycanın müstəqil inkişaf strategiyası müəyyənləşdirildi.

M.Məmmədli vurğulayıb ki, həmin dövrdə əsası qoyulan siyasi kurs sonrakı inkişafın təməlini formalaşdırıb:

1994-cü ildə imzalanan və dünya enerji tarixində mühüm yer tutan "Əsrin müqaviləsi" ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, iqtisadi potensialın güclənməsinə və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Eyni zamanda, balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir. Son illərdə ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, ordumuzun gücləndirilməsi və dövlətimizin beynəlxalq nüfuzunun artması bu siyasətin uğurlu nəticələridir.

Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması xalqımızın çoxillik milli hədəfinin reallaşması ilə nəticələndi. Bu uğurların təməlində isə məhz ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır.

Milli Qurtuluş Günü Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün hər bir vətəndaşa dövlət müstəqilliyinin qorunmasının, sabitliyin və milli maraqların təmin edilməsinin nə qədər vacib olduğunu xatırladır. Milli Qurtuluş Günü həm keçmişə ehtiramın ifadəsi, həm də Azərbaycanın gələcək inkişafına inamın rəmzi kimi tariximizdə xüsusi yer tutur.

Digər Xəbərlər
Bu gün / 10:00
|
252

İxrac xərcləri kompensasiya ediləcək

Azərbaycanda qeyri-neft-qaz ixracatçıları gömrük rəsmiləşdirilmə xərclərinə görə kompensasiya alacaq. Prezident fərman imzaladı.

0
Bu gün / 09:31
|
488

Leyla Əliyeva Bonnda UNFCCC katibi ilə görüşüb

Leyla Əliyeva Bonnda UNFCCC icraçı katibi ilə görüşdü. Görüşdə iqlim dəyişikliyi, biomüxtəliflik və ekoloji layihələr müzakirə edildi.

0
Bu gün / 07:02
|
472

Prezident Vatikan rəsmisini qəbul etdi

Prezident İlham Əliyev Vatikan rəsmisi Corc Ceykob Kuvakadı qəbul edib. Görüşdə dinlərarası dialoq və əməkdaşlıq müzakirə olunub.

0
Dünən / 20:31
|
383

Paşinyan sülh vədi verdi - Video

Nikol Paşinyan sülhü qoruyacağını vəd etdi. Yunanıstan Rusiya qazından imtina edir. Ətraflı Baku TV videomaterialında.

0
Dünən / 17:31
|
666

Azərbaycan BMT İnsan Hüquqları Komitəsinə seçildi

Azərbaycan BMT İnsan Hüquqları Komitəsinə üzv seçildi. Professor Fuad Zərbiyev 131 dövlətin dəstəyini qazandı.

0
Dünən / 16:01
|
917

Burhanettin Duran: Azərbaycanla qardaşlıq bağı güclənir

Burhanettin Duran Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edərək, Türkiyə ilə qardaşlıq bağının gücləndiyini vurğulayıb.

0
Dünən / 14:01
|
378

ABŞ-İran razılaşması: Atəşkəsə əməl ediləcək?

Politoloq Rəşad Bayramov ABŞ-İran razılaşmasının Yaxın Şərq təhlükəsizliyi və enerji bazarlarına təsirini şərh edir.

0
Dünən / 13:33
|
376

Azərbaycançılıq ideologiyası dövlətçiliyi necə qorudu?

Baku TV-nin "Aktual Gündəm" verilişində azərbaycançılıq ideologiyasının dövlətçiliyi necə qoruduğu müzakirə edilib.

0
Dünən / 13:00
|
743

İlham Əliyevdən Trampa təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Məktubda sülh və əməkdaşlıq vurğulanıb.

0
Dünən / 12:32
|
644

Almaniya Azərbaycan Prezidentinin səfərini gözləyir

Almaniya Azərbaycan Prezidenti İlham Əliyevin bu il Berlinə rəsmi səfərini gözləyir. Səfir Ralf Horlemann vida görüşündə bildirib.

0
Dünən / 12:31
|
857

Litva səfirliyində konsulluq xidməti məhdudlaşdırılır

Litvanın Azərbaycandakı səfirliyində konsulluq xidməti 18 iyul-9 avqust 2026-cı il tarixlərində məhdudlaşdırılır. Yalnız təcili yardım göstəriləcək.

0
Dünən / 11:30
|
717

Milli Qurtuluş Günü: Heydər Əliyevin xalqı xilası

Milli Qurtuluş Günü: Heydər Əliyevin xalqı xilas etməsi, 1993-cü il tarixi hadisələr haqqında video.

0
...