Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edib.
O bildirib ki, 2050-ci ilədək şəhər ərazilərində əlavə 2.5 milyard insanın yaşayacağı gözlənilir. Bu artımın 90%-i Asiya və Afrikada baş verəcək.
Babayev vurğulayıb ki, dayanıqlılıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi sabitlik və insan rifahı üçün önəmlidir.












