Bakıda III Beynəlxalq Mənəvi və Bədən Praktikaları Festivalı "Nine Senses Fest 2026" başa çatıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın himayəsi ilə keçirilən festivalda 1200-dən çox iştirakçı, 80-dən çox ekspert və ustad bir araya gəlib.
Festivalın əsas mövzusu "Köklərdən İnkişafa" olub. Simvolu isə Ağac seçilib.
Üç gün ərzində meditasiya, yoqa, sufi ənənələri, çiqonq, çay mərasimləri, psixologiya, musiqi və incəsənət nümayiş olunub.
Festivalın ən diqqətçəkən qonaqları arasında Pavel Piskaryov, İmram Kriya, Lev İvanov, Vadim Popov, Aleksey Mayorov, Darpan, Özgür Baba, Bharat Thakur, Qafar Qənizadə və başqaları olub.
Sufizm Günü, "Neyroağac" art-performansı və Səs terapiyası sessiyaları böyük maraq qazanıb.
Finalda Marat Niqmatulinin "SBUDETSYA!" proqramı və Çingiz Mustafayevin "STATE of SOUND" layihəsi yer alıb.
Təşkilatçılar tərəfdaşlara, sponsorlara və iştirakçılara təşəkkür ediblər.












