Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iyunun 23-də Azərbaycana rəsmi səfər edəcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində o, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Qeyd edək ki, İƏT Pİ Konfransı 22-25 iyun tarixlərində Bakıda keçiriləcək.












