Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edən özbəkistanlı nümayəndə Artyom Kreskas Azərbaycandan xoş təəssüratlarla ayrıldığını bildirib.
O, İçərişəhər və Xəzər dənizi sahilindəki inkişaf layihələrinin diqqətini çəkdiyini vurğulayıb: "Yolların çəkilişi, mühəndis şəbəkələri, yaşayış məntəqələrinin kompleks inşası bizi heyran etdi".
Kreskas həmçinin özəl sektorla danışıqların davam etdiyini və gələcək əməkdaşlığın əhəmiyyətini qeyd edib.












