Milli Məclisin bugünkü plenar iclasında "Maliyyə icarəsi haqqında" Qanuna uyğunlaşdırılma ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Layihəyə əsasən, üç məcəllə və 22 qanuna dəyişiklik təklif olunur. Dəyişikliklər Mülki, Vergi və Rəqabət Məcəllələrini əhatə edir.
Həmçinin "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında", "Lisenziyalar və icazələr haqqında" və digər qanunlara düzəlişlər nəzərdə tutulur.
Maliyyə icarəsi verənlərin reyestrinə daxil olmaq üçün 550 manat dövlət rüsumu ödəniləcək.












