Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbir iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı vurğulayıb ki, bu tədbir qlobal enerji gündəliyinin formalaşdırılmasında mühüm platformadır.
Azərbaycan "yaşıl enerji"yə keçid və dayanıqlı inkişaf modeli üzrə yeni mərhələyə qədəm qoyub.
Ölkəmizin zəngin bərpa olunan enerji potensialı uzunmüddətli strateji hədəflər üçün imkanlar yaradır.
İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası" modeli uğurla tətbiq edilir.












