Prezident İlham Əliyev Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması ilə bağlı sazişi təsdiqləyib.
Saziş 2026-cı il fevralın 11-də Sofiyada imzalanıb. Sənəd Azərbaycan Hökuməti, Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında əməkdaşlığı nəzərdə tutur.












