Bond.az White LogoBond.az Black Logo

Prezident İlham Əliyev Baqir Qalibafı qəbul etdi

Prezident İlham Əliyev İran Məclis sədri Baqir Qalibafı qəbul etdi. Görüşdə ikitərəfli münasibətlər, müharibə və humanitar dəstək müzakirə olundu.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çəkdiyi əziyyətləri vurğulayıb, müharibədə həlak olanlara Allahdan rəhmət diləyib.

Müharibə dövründə Azərbaycanın İranın yanında olduğunu deyən Prezident İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarını və digər təmasları həmrəylik nümunəsi kimi qiymətləndirib.

Müharibənin dayandırılmasının Azərbaycanda sevinclə qarşılandığını vurğulayan dövlət başçısı, bununla bağlı rəsmi bəyanatın verildiyini xatırladıb.

"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev, həm Azərbaycanın, həm də İranın müharibələrdən əziyyət çəkdiyini qeyd edib.

Məhəmməd Baqir Qalibafın əvvəlki səfərini məmnunluqla xatırlayan Prezident, onun İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev, bu tədbirin İslam həmrəyliyinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib, gələn il ölkəmizin İƏT Zirvə Görüşünə ev sahibliyi edəcəyini və hazırlıqların başlandığını qeyd edib.

Prezident, Məhəmməd Baqir Qalibafın səfərinin ikitərəfli gündəliyin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğulayıb.

Dövlət başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxunub.

Görüşdən məmnunluğunu bildirən qonaq, İran Prezidenti Məsud Pezeşkianın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlar üçün təşəkkür edib, onun salamlarının da Məsud Pezeşkiana çatdırılmasını xahiş edib.

Məhəmməd Baqir Qalibaf, İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Qonaq, həmçinin İran səfirliyinə gələrək başsağlığı verməsinə və Ayətullah Xameneinin seçilməsi münasibətilə təbrik məktubuna görə təşəkkür edib.

Müharibənin böyük dərd olduğunu deyən qonaq, Azərbaycanın mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımı əsirgəmədiyini vurğulayıb, bunun İran xalqının yaddaşında qalacağını bildirib.

Məhəmməd Baqir Qalibaf, Azərbaycanla İranın çətin günlərdə bir-birinin yanında olduğunu, bunun birlik nümunəsi olduğunu qeyd edib. Müharibənin İrana müsəlman ölkələri ilə təmasların vacibliyini göstərdiyini bildirib.

Qonaq, İranın müharibə dövründə dostunu və düşmənini tanıdığını, dost kimi Azərbaycanın yanında olduğunu söyləyib.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin dinamik inkişafına əminlik ifadə olunub, Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdırıldığı, Araz dəhlizinin regionda nəqliyyat imkanlarını artıracağı vurğulanıb.

Görüşdə ikitərəfli əlaqələrin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıq müzakirə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub.

Digər Xəbərlər
Bu gün / 16:31
|
999

Alston Lourens: Müstəmləkəçilik gizlənir

Alston Lourens Vaşinqtonda keçirilən konfransda müstəmləkəçiliyin müasir formalarından danışıb.

0
Bu gün / 14:31
|
275

Əli Əsədov Türkiyə parlament sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb. Görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq müzakirə olunub.

0
Bu gün / 11:01
|
529

TBMM sədri: Azərbaycan-Ermənistan sülhünə tam dəstək

TBMM sədri Numan Kurtulmuş Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstək ifadə edib, Qafqazda sülh arzusunu dilə gətirib.

0
Bu gün / 09:00
|
452

Karantin rejimi 1 oktyabra qədər uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi 2026-cı il 1 oktyabra qədər uzadılıb. Baş nazir Əli Əsədov qərar imzalayıb.

0
Bu gün / 08:01
|
223

Pambıqçılıqda yeni dəstək mexanizmləri

Prezidentin köməkçisi Zeynal Nağdəliyev pambıqçılıqda yeni dəstək mexanizmləri, sığorta və emal sənayesinin inkişafı barədə məlumat verib.

0
Bu gün / 07:00
|
760

İƏT Parlament İttifaqının sədrliyi Azərbaycana keçdi

İƏT Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Təhvilvermə mərasimi 20-ci Sessiyanın açılışında baş tutub.

0
Bu gün / 07:00
|
637

Prezident: İƏT-in dəstəyini hiss etmişik

Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in dəstəyini vurğulayıb və qardaş ölkələrə təşəkkür edib.

0
Bu gün / 05:02
|
510

ŞKTR parlament sədri Azərbaycana səfərə gəldi

Şimali Kipr Türk Respublikası parlamentinin sədri Ziya Öztürkler Azərbaycana səfərə gəlib. O, İƏT Parlament İttifaqının 20-ci sessiyasında iştirak edəcək.

0
Bu gün / 04:30
|
519

Qalibaf Azərbaycana gəldi

İran parlamenti sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edib. O, Bakıda İƏT Parlament İttifaqı konfransında iştirak edəcək.

0
Dünən / 18:30
|
607

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsində ilk dəfə

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsində ilk dəfə təmsil olunacaq. Fərid Ədilov 130 səslə üzv seçildi.

0
Dünən / 18:01
|
341

Sərdar Berdiməhəmmədovun səfər videosu paylaşıldı

Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovun Azərbaycana səfər videosunu paylaşıb. Videoda Qarabağın bərpası və qardaşlıq vurğulanır.

0
Dünən / 15:31
|
313

Numan Kurtulmuş Azərbaycana gəldi

TBMM sədri Numan Kurtulmuş İƏT Parlamentlər İttifaqının 20-ci Konfransı üçün Azərbaycana gəlib. Bakıda keçirilən konfrans 22-25 iyun tarixlərini əhatə edir.

0
...
Prezident İlham Əliyev Baqir Qalibafı qəbul etdi | Bond.az