Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də BMT baş katibinin müavini Amina Mohammedi qəbul edib.
Dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilinə dəstəyə görə BMT rəhbərliyinə təşəkkür edib, tədbirin uğuru üçün Azərbaycan Hökuməti və BMT Məskunlaşma Proqramının birgə çalışdığını bildirib.
Prezident Qeyd edib ki, WUF13 COP29-dan sonra iştirakçı sayına görə ölkədə ikinci böyük qlobal tədbirdir və uğurla başa çatıb.
Azərbaycanın BMT Məskunlaşma Proqramı ilə əməkdaşlığını genişləndirəcəyi vurğulanıb.
Amina Mohammed BMT-nin baş katibi Antonio Quterreşin salamlarını çatdırıb. O, WUF13-ün uğurlu keçirilməsi münasibətilə Prezidenti təbrik edib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin postmünaqişə regionları üçün nümunə olduğu qeyd edilib.
“ASAN xidmət” modelinin BMT mükafatlarına layiq görülməsi xatırlanıb.












