Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, qeyri-neft-qaz mallarının ixracında daşıma xərclərinin 50-70 faizi dövlət tərəfindən ödəniləcək. Naxçıvanda istehsal olunan malların ölkənin digər bölgələrinə daşınmasına da dəstək veriləcək.
Bu tədbirlər iqtisadi dayanıqlılığı gücləndirmək və ixracı şaxələndirmək məqsədi daşıyır.












